Gözün tor qişası xəstəlikləri

Gözün tor qişası xəstəlikləri

Gözün torlu qişa xəstəlikləri

Torlu qişa – gözün daxili səthində yerləşən nazik və işığa həssas təbəqədir. O, işığı qəbul edir və görmə informasiyasını beyinə ötürür. Torlu qişanın xəstəlikləri görmənin əhəmiyyətli dərəcədə zəifləməsinə, hətta tam korluğa səbəb ola bilər. Müalicəyə vaxtında başlanılmazsa, bu proses geri dönməz ola bilər.

Torlu qişanın əsas xəstəlikləri:

  • Yaşla əlaqəli makulyar degenerasiya (YAMD) – torlu qişanın mərkəzi hissəsinin zədələnməsi, nəticədə mərkəzi görmənin itirilməsi.
  • Diabetik retinopatiya – şəkərli diabet fonunda torlu qişanın damarlarının zədələnməsi, ödem, qanaxma və torlu qişanın qopma riski ilə müşayiət olunur.
  • Torlu qişanın qopması – təcili cərrahi müdaxilə tələb edən ağır vəziyyət.
  • Mərkəzi vena trombozu – torlu qişanın əsas damarlarında qan dövranının pozulması, görmənin kəskin zəifləməsinə səbəb olur.
  • Hemoftalm – şüşəyəbənzər cism daxilində qanaxma, nəticədə görmə bulanıqlığı yaranır.
  • Mərkəzi seroz xorioretinopatiya – torlu qişanın altında maye toplanması, görmənin zəifləməsinə və deformasiyalara səbəb olur.
  • Piqmentar retinit – irsi xəstəlik olub, periferik görmənin və gecə görməsinin tədricən itməsi ilə müşayiət olunur.
  • Makulyar yırtıq – torlu qişanın mərkəzi hissəsində yaranan zədələnmə, nəticədə görmə keyfiyyətinin pozulması.
  • Nedoşağan uşaqlarda retinopatiya – vaxtından əvvəl doğulmuş körpələrdə torlu qişanın anormal inkişafı, müalicə olunmazsa, korluğa səbəb ola bilər.
  • Xorioretinit – torlu qişanın və damar qişasının iltihabi xəstəliyi.

Diaqnostika üsulları:

  • Oftalmoskopiya – göz dibinin müayinəsi.
  • Optik koherent tomoqrafiya (OKT) – torlu qişanın qatlarının dəqiq vizualizasiyası.
  • Flüoressein angioqrafiya – kontrast maddə vasitəsilə torlu qişa damarlarının vəziyyətinin qiymətləndirilməsi.

Müalicə üsulları:

  • Lazer koaqulyasiyası – torlu qişanın möhkəmləndirilməsi, qopmanın və yeni patoloji damarların inkişafının qarşısının alınması.
  • Anti-VEGF terapiyası – YAMD və diabetik retinopatiyada anormal damarların inkişafını dayandırmaq üçün göz daxilinə inyeksiyalar.
  • Vitrektomiya – şüşəyəbənzər cismin çıxarılması əməliyyatı, hemoftalm, makulyar yırtıq və torlu qişanın qopmasında tətbiq olunur.
  • Pnevmatik retinopeksiya – torlu qişanın qopması zamanı müvəqqəti fiksasiya üçün göz daxilinə qaz injeksiya edilməsi.
  • Skleroplastika – torlu qişanın stabilləşdirilməsi və xəstəliklərin proqressiyasının qarşısının alınması üçün skleranın möhkəmləndirilməsi.
  • Epiretinal membranın cərrahi çıxarılması – makulyar yırtıq və digər degenerativ dəyişikliklər zamanı tətbiq olunur.
  • Kortikosteroid inyeksiyaları – xorioretinit kimi iltihabi xəstəliklərdə istifadə olunur.
  • Fotodinamik terapiya (FDT) – lazer və fotohəssaslaşdırıcı dərmanlar vasitəsilə patoloji damarların müalicəsi.
  • Medikamentoz terapiya – antioksidantlar, damarları gücləndirən və iltihab əleyhinə preparatların istifadəsi.

Vaxtında aparılan diaqnostika və müasir müalicə üsulları görmənin qorunmasına və həyat keyfiyyətinin yaxşılaşdırılmasına kömək edir!

Bizimlə əlaqə saxlayın
+994 55 992-90-99